- Ana səhifə
- Xidmətlər
- Mühərrik təmiri
Mühərrik təmiri və mühərrik ustası
Qısa cavab
AzonAuto Bakıda dizel və benzin mühərriklərini təmir edir: kompüter diaqnostikası edir, kompressiya və silindr balansını ölçür, qalovkanı (blok başlığını) təmir edir, mühərriki yuyur. AzonAuto mühərriki sökməzdən əvvəl səbəbi tapır, çünki titrəmə və güc itkisi farsunkadan da, turbodan da, hansısa bir sensordan da gələ bilər. Diaqnostika 20 AZN-dir, təmirə başlanarsa, bu məbləğ qiymətə daxil olur.
Mühərrik (maşın motoru) titrəyir, güc itirib, yağ yeyir, qızır və ya check engine sönmür? Bizdə mühərrik ustası motor təmirinə sökməklə yox, səbəbi tapmaqla başlayır. Eyni əlamətin arxasında bəzən qalovkanın prokladkası olur, bəzən bir datçik, bəzən də sadəcə farsunka. Bunları ayırmadan deyilən qiymət təxmindən başqa bir şey deyil.
Əvvəl kompüter diaqnostikası edirik, kompressiyanı və silindr balansını ölçürük, canlı məlumatları oxuyuruq. Bundan sonra nəyin xarab olduğunu, nəyi dəyişmək lazım olduğunu və neçəyə başa gələcəyini sizə deyirik. Razılığınız olmadan mühərriki sökmürük.
Gördüyümüz mühərrik təmirinə zəmanət veririk.
Son yenilənmə:
Dərhal əlaqə
Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

Bu əlamətlər varsa, bizə gəlin
- Mühərrik titrəyir, boşda (xolostoyda) düz işləmir, bir silindr işləmir (troit edir)
- Güc azalıb, yoxuşda çəkmir, qaz verəndə gecikmə var
- Antifriz və ya yağ azalır, səbəbi görünmür
- Mühərrik qızır, temperatur göstəricisi qalxır
- Egzozdan ağ və ya mavi tüstü gəlir
- Check engine yanır, silindrlə bağlı xəta kodları yazılır (P0300–P0304)
Mühərriki sökmədən nasazlığı tapmaq olarmı?
Mühərriklə bağlı şikayətlərin çoxunda səbəb sökmədən aşkar olunur. Kompüter diaqnostikası xəta kodlarını və mühərrik beyninin gördüyü canlı məlumatları göstərir: hava sərfi, yanacaq korreksiyası, alışma bucağı, hər silindrdə alışmanın buraxılması (propusk). Kompressiyanı ölçəndə porşen halqalarının və klapanların vəziyyətini görürük. Silindr balansı testi isə problemin hansı silindrdə olduğunu dəqiqləşdirir.
Bu ardıcıllığı təsadüfən seçməmişik. Titrəmə və güc itkisinin səbəbi alışma sistemi, farsunka, turbo, hava sızması ola bilər, ya da doğrudan da mühərrikin içində. Əvvəl ucuz səbəbləri yoxlayırıq ki, xırda nasazlığa görə böyük təmirə pul verməyəsiniz.
Qalovka (blok başlığı) təmiri
Mühərrik qızanda ən çox zərər görən hissə qalovkadır. Soyutma sistemi xarab olub mühərrik qaynayanda qalovka əyilir, prokladka (araqatı) yanır, antifriz yağa və ya silindrə qarışır. Bunu belə tanımaq olar: genişləndirici bakda qabarcıqlar çıxır, yağ qapağının altında qəhvəyi köpük yığılır, egzozdan davamlı ağ tüstü gəlir, antifriz səbəbsiz azalır.
Qalovkanı söküb təmizləyirik, düzlüyünü yoxlayırıq, lazım olanda emala göndəririk. Klapanlara, klapan salniklərinə və oturacaqlarına baxırıq, prokladkanı və boltları yenisi ilə dəyişirik. Təmirdən sonra soyutma sistemini də yoxlayırıq, çünki qalovkanı yandıran səbəb yerində qalsa, hər şey təkrarlanacaq. Avtomobil radiator təmiri və soyutma sistemi işləri də bizdədir.
Dizel mühərrikləri
Dizeldə güc itkisi və qara tüstü çox vaxt mühərrikin özündən yox, yanacaq və hava sistemindən gəlir. Səbəb farsunkalarda, yüksək təzyiq nasosunda, turboda, EGR-də və ya hava sızmasında ola bilər. Ona görə dizel mühərrikini başqa ardıcıllıqla yoxlayırıq: geri axını (obratkanı) ölçürük, təzyiq göstəricilərinə və turbonun aktuatorunun işinə ayrıca baxırıq.
Bu hissələrin hamısı AzonAuto-da bir yerdədir. Farsunka təmiri stenddə yoxlama ilə, yanacaq nasosu təmiri nasosun testi ilə başlayır, turbo təmirini də burada edirik. Beləliklə üç ayrı ustaya getmək lazım olmur, ustalar da problemi bir-birinin üstünə atmır.
Mühərrik yuyulması
Mühərriki çöldən iki məqsədlə yuyuruq: yağ və antifriz sızmasını görmək və təmirdən əvvəl üstünü təmizləmək. Çirk basmış mühərrikdə təzə sızmanı köhnəsindən ayırmaq olmur. Ona görə sızma axtarışı çox vaxt yumaqdan başlayır.
Yuyanda elektrik qoşqularının, generatorun, beynin və datçiklərin üstünü örtürük. İş sadə görünür, amma səhv edilsə, bahalı elektrik nasazlığına səbəb olur. Avto elektrik ustası və beyin təmiri də bizdə olduğu üçün buna xüsusi fikir veririk.
Mühərrik beyni və sensorlar
Mühərrikin «xarab olması» həmişə mexaniki problem demək deyil. Kolenval və ya raspredval datçiki, hava sərfi datçiki (MAF), detonasiya datçiki xarab olanda, provodkada qırıq olanda və ya mühərrik beyni (ECU) sıradan çıxanda da əlamətlər eyni olur: maşın işə düşmür, titrəyir, güc itirir.
Mühərrik beyninin təmirini bizdə Orxan usta platada, detal səviyyəsində edir. Başqa yerdə «beyin ölüb, yenisini al» dedikləri hallar çox vaxt təmir olunan nasazlıqdır. Ona görə mexaniki təmirə başlamazdan əvvəl elektronikanı yoxlayırıq.
Qiymət
Mühərrik təmiri qiyməti nədən asılıdır?
Hazır qiymət siyahısı vermirik, çünki eyni nasazlıq iki maşında iki fərqli iş deməkdir. Qiymətə təsir edənlər:
- Avtomobilin markası, modeli və mühərriki
- Diaqnostikada tapılan nasazlıq və işin həcmi
- Dəyişilməli ehtiyat hissəsinin olub-olmaması və onun qiyməti
- Diaqnostika
- Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.
- Qiyməti necə öyrənmək olar
- Marka, model və problemi WhatsApp-a yazın. İş saatlarında yazsanız, həmin gün cavab veririk. Qiyməti diaqnostikadan sonra dəqiqləşdiririk və işə yalnız siz təsdiq edəndən sonra başlayırıq.
Görülən işlərdən
- Toyota Hilux 2023: səhər soyuq mühərrikdən gələn səs zəncir dəstindən idiTest sürüşündə kənar səs yox idi.Toyota Hilux, 2023 ·
- Mercedes W222: kollektor və EGR radiatoru hislə tutulmuşduSistem tam yoxlanıldı və avtomobil təhvil verildi.Mercedes-Benz S-Class W222 ·
- Kia Sorento dizel: yağ üst silindr qapağından sızırdıSızma kəsildi.Kia Sorento, 2016, dizel ·
İşlərimizdən videolar
Mühərrik təmiri haqqında tez-tez verilən suallar
Nasazlıqdan asılıdır. Datçik dəyişmək bir şeydir, qalovka təmiri tam başqa. Kompüter diaqnostikası 20 AZN-dir, təmiri bizdə etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil olur. Dəqiq qiyməti diaqnostikadan sonra, işə başlamazdan əvvəl deyirik.
WhatsApp-a yazın və ya zəng edin
Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.
Bununla bağlı xidmətlər
- Radiator təmiriAvtomobil radiator təmiri və soyutma sisteminin yuyulması
- Yanacaq nasosu təmiriYanacaq nasosu təmiri: TNVD və benzin nasosu
- Farsunka təmiriFarsunka təmiri və stenddə yoxlanması
- Turbo təmiriTurbo təmiri: turbin, kartric və aktuator
- Beyin təmiriAvtomobil beyni (ECU) təmiri və proqramlaşdırılması
Bütün xidmətlər: Bakıda avto servis xidmətlərinin tam siyahısı
