Əsas məzmuna keç

Chip tuning Bakı: Stage 1, Stage 2 və Euro 2

Qısa cavab

AzonAuto Bakıda chip tuning edir: Stage 1 və Stage 2 proqramı ilə güc və moment artımı, Euro 2 proqramı, popcorn və start-stop söndürülməsi kimi əlavə funksiyalar. Faylı hər avtomobil üçün ayrıca hazırlayır, yazmazdan əvvəl isə orijinal proqramı saxlayır, beləliklə istənilən vaxt zavod vəziyyətinə qayıtmaq olar. Yazdığı proqramlara zəmanət verir. Ünvan: Əliağa Şıxlinski 112, Koroğlu metrosu yaxınlığı.

Bizdə chip tuning-i beyin təmiri ilə məşğul olan Orxan usta edir. Ona görə proqram yazılanda ECU-nun içində nə baş verdiyini bilirik və riskli işlərə girmirik.

Güc artımından başqa, Euro 2 proqramı yazırıq və nasaz emissiya sistemlərini proqramla söndürürük (DPF, EGR, AdBlue ləğvi). Hazır fayl işlətmirik, proqramı hər avtomobil üçün ayrıca hazırlayırıq.

Yazdığımız proqramlara zəmanət veririk.

Son yenilənmə:

Dərhal əlaqə

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

Servisin ümumi nömrəsi: +994 70 338 62 77

AzonAuto-nun qəbul zonasında ağ Mercedes-AMG E53 kupe, Bakı

Bu əlamətlər varsa, bizə gəlin

  • Katalizator çıxarılıb, bütün emissiya nəzarətini birlikdə söndürmək lazımdır (Euro 2)
  • Start-stop sistemini və ya sürət məhdudiyyətini dəyişmək istəyirsiniz
  • Mühərrik zavod gücündən az gəlir, turbo gec işə düşür
  • Avtomobil Euro 5/6 standartlıdır, amma yanacaq keyfiyyəti buna uyğun deyil

Çip tüninq (chip tuning) nədir?

Avtomobilin beyni (ECU) mühərriki cədvəllərlə idarə edir. Nə vaxt və nə qədər yanacaq püskürüləcəyi, alışma bucağı, turbonun təzyiqi, mühərrikin verə biləcəyi maksimum moment, sürət və dövr məhdudiyyətləri bu cədvəllərdədir. Zavod eyni modeli onlarla ölkədə satır, yanacaq, iqlim və emissiya normaları isə hər yerdə fərqlidir, ona görə bu dəyərləri ehtiyatla seçir. Çip tüninq həmin cədvəllərin konkret avtomobil üçün yenidən tənzimlənib beynə yazılmasıdır. Buna ECU tuning və ya remap da deyirlər.

Adı köhnə vaxtlardan qalıb. O vaxt beynin üzərindəki yaddaş çipini fiziki olaraq dəyişirdilər. İndi proqramı diaqnostika yuvasından (OBD) və ya beyni açıb birbaşa oxuyur və yazırıq, heç bir hissə dəyişmir. Stage 1, 2 və 3-ün fərqini və chip tuning-in maşına təsirini Stage 1, 2, 3 nədir və maşına ziyanı varmı yazısında izah etmişik.

Stage 1 və Stage 2 nədir, fərqi nədir?

Stage 1 mexaniki dəyişiklik olmadan, yalnız proqramla güc və moment artımıdır. Turbolu mühərriklərdə hiss olunan əlavə güc verir və zavodun ehtiyat payının içində qalır. Artımın nə qədər olacağı mühərrikdən asılıdır, onu orijinal faylı oxuyandan sonra deyirik. Stage 2 isə downpipe, intercooler və ya hava filtri kimi mexaniki dəyişikliklərdən sonra yazılan proqramdır. Hər iki halda proqramı konkret avtomobilin ECU-sundan oxunmuş orijinal fayl əsasında hazırlayırıq, hazır "universal" fayl yazmırıq.

DPF, EGR və AdBlue ləğvi

Nasaz DPF-in (saja filter), EGR-in, AdBlue-nun və katalizator datçiklərinin proqramla söndürülməsini ayrıca, DPF, EGR, AdBlue ləğvi səhifəsində izah etmişik. Lazım olsa, bunu Stage 1 ilə eyni proqramda birləşdirmək olar.

Euro 2 proqramı

Euro 4/5/6 avtomobili Euro 2-yə keçirmək lambda sensoru, katalizator, EGR və DPF nəzarətini proqramla söndürmək deməkdir. Bunu çox vaxt yanacaq keyfiyyəti aşağı olan bölgələrdə və katalizatoru çıxarılmış avtomobillərdə istəyirlər. Proqramı yazmazdan əvvəl mühərrikin mexaniki vəziyyətini yoxlayırıq, çünki mexaniki problemi proqramla gizlətmək olmaz. Farsunka təmiri və ya turbo təmiri lazımdırsa, əvvəl onu edirik.

Chip tuning proqramına hansı əlavə funksiyalar yazıla bilər?

Proqrama popcorn (pop & bang), launch control, sürət məhdudiyyətinin qaldırılması, start-stop söndürülməsi, hard rev limiter kimi funksiyalar əlavə etmək olar. Hər funksiyanın mühərrikə necə təsir etdiyini ayrıca izah edirik, mühərrikə zərər verə biləcək tənzimləmələri isə etmirik.

İş prosesi və təhlükəsizlik

Əvvəl kompüter diaqnostikası edirik və mühərrikin sağlam olduğuna əmin oluruq. Sonra orijinal proqramı ECU-dan oxuyub ehtiyat nüsxəsini saxlayırıq, onu istənilən vaxt geri yazmaq mümkündür. Yeni proqramı hazırlayıb yazırıq, sonra maşını yolda sınayır, canlı məlumatlara baxırıq.

Qiymət

Chip tuning qiyməti nədən asılıdır?

Hazır qiymət siyahısı vermirik, çünki eyni nasazlıq iki maşında iki fərqli iş deməkdir. Qiymətə təsir edənlər:

  • Avtomobilin markası, modeli və mühərriki
  • Diaqnostikada tapılan nasazlıq və işin həcmi
  • Dəyişilməli ehtiyat hissəsinin olub-olmaması və onun qiyməti
Diaqnostika
Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.
Qiyməti necə öyrənmək olar
Marka, model və problemi WhatsApp-a yazın. İş saatlarında yazsanız, həmin gün cavab veririk. Qiyməti diaqnostikadan sonra dəqiqləşdiririk və işə yalnız siz təsdiq edəndən sonra başlayırıq.

Görülən işlərdən

Bütün görülən işlər (19)

İşlərimizdən videolar

Suallar

Chip tuning haqqında tez-tez verilən suallar

AzonAuto-da, Koroğlu metrosu yaxınlığında. Bizdə chip tuning-i beyin ustası edir. Əvvəl diaqnostika edir, sonra orijinal proqramın ehtiyat nüsxəsini götürür, yalnız bundan sonra fərdi proqram yazır. Bütün markaların dizel və benzin mühərrikləri ilə işləyirik.

WhatsAppZəng et