Mühərrik
Toyota Hilux zəncir dəsti dəyişmə Bakı: soyuqda səs
Toyota Hilux 2023: səhər soyuq mühərrikdən gələn səs zəncir dəstindən idi
Toyota Hilux, 2023 ·
- Şikayət
- Səhər soyuq mühərrik işə düşəndə səs gəlirdi.
- Səbəb
- Diaqnostikada mühərrikin zəncir (sep) dəstinin yeyildiyi müəyyən edildi.
- Görülən iş
- Mühərrikin üst və ön qapaqları söküldü
- Yeyilmiş zəncir dəsti tam dəyişildi, orijinal hissələrlə
- Detallar istehsalçının göstəricilərinə uyğun yığıldı
- Nəticə
- Test sürüşündə kənar səs yox idi.
Bu nasazlıq haqqında
Mühərrikdə zəncir dəsti (zəncir, dartıcı, yönəldicilər və dişlilər) paylama vallarının kolenvalla eyni vaxtda fırlanmasını təmin edir. Zamanla zəncir yeyilir və uzanır. Dartıcı soyuq mühərrikdə yağ təzyiqi tam qalxana qədər zənciri kifayət qədər tarıma çəkə bilmir, ona görə uzanmış zəncirin səsi ən çox səhər, işə salandan sonrakı ilk saniyələrdə eşidilir. Səs davam etdikcə vaxt sürüşür, zəncirin dişlidən atlaması isə mühərrikin klapanlarına ziyan vura bilər. Soyuq mühərrikdə səs başqa yerdən də gələ bilər, ona görə əvvəl səbəbi diaqnostika ilə dəqiqləşdiririk. Mühərrik işlərində ardıcıllıq belədir: əvvəl səbəb, sonra təmir. Zəncir dəstinin dəyişilməsi mühərrikin üst və ön qapaqlarının sökülməsini tələb edir, ona görə bu işə qərar diaqnostikadan sonra verilir. Ətraflı: mühərrik təmiri.