- Ana səhifə
- Xidmətlər
- ABS təmiri
ABS beyni və bloku təmiri
Qısa cavab
ABS işığı yanırsa, AzonAuto Bakıda ABS blokunu dəyişmir, təmir edir. Elektron modulu, nasos mühərrikini, klapanları və sensorları ayrı-ayrılıqda yoxlayır və bərpa edir. Toyota, Mercedes, BMW və Kia daxil olmaqla bütün markaların ABS bloklarını təmir edir. Yeni blok markadan asılı olaraq 220–950 AZN-ə başa gəlir, təmirin qiyməti isə diaqnostikadan sonra deyilir. Diaqnostika 20 AZN-dir və təmirə başlanarsa qiymətə daxil edilir. Emalatxana Koroğlu metrosu yaxınlığındadır.
ABS işığı yanır, əyləc pedalı sərtləşib və ya nasos dayanmadan işləyir? Çox güman ki, nasazlıq ABS blokundadır, xalq dilində desək, ABS beynindədir.
Yeni blok kodlaşdırma istəyir, ona görə tələsib dəyişmirik, əvvəl köhnəsini açıb baxırıq. İşi Orxan usta görür.
Gördüyümüz təmirə zəmanət veririk.
Son yenilənmə:
Dərhal əlaqə
Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.
Servisin ümumi nömrəsi: +994 70 338 62 77

Bu əlamətlər varsa, bizə gəlin
- Paneldə ABS işığı yanır, bəzən ESP / VSC və əyləc işıqları ilə birlikdə
- Əyləc pedalı sərtləşib və ya sürətlə boşalır
- ABS nasosu dayanmadan və ya arabir özbaşına işə düşür, dəyirman kimi səs gəlir
- Diaqnostika cihazı ABS modulu ilə əlaqə qura bilmir
- Ağır əyləcdə təkərlər kilidlənir, ABS işə düşmür
- Təkər sürət sensorunun xətası tez-tez çıxır, sensoru dəyişəndən sonra da keçmir
ABS bloku nədən ibarətdir
ABS bloku üç hissədən ibarətdir: elektron idarəetmə modulu (ABS beyni), klapanları olan hidravlik blok və nasos mühərriki. Təkərlərdəki sürət sensorları modula siqnal göndərir. Modul da klapanları və nasosu idarə edib təkərlərin kilidlənməsinə imkan vermir. ESP, əyləc paylama (EBD) və traction control (buksovkaya nəzarət) eyni blokla işləyir. Ona görə ABS xarab olanda paneldə bir neçə işıq birdən yanır.
Nəyi təmir edirik
Elektron modulda ən çox lehim çatları, yanmış nasos drayveri və klapan drayverləri çıxır. Onları mikroskop altında tapır və avtomobil beyni təmiri ilə eyni üsulla, komponent səviyyəsində dəyişirik. Nasos mühərrikində fırçaları və podşipnikləri bərpa edirik, fırlanmayan mühərriki isə dəyişirik. Hidravlik blokda ilişmiş klapanları təmizləyirik. Təkər sürət sensorlarına, naqillərə və konnektorlara da baxırıq, çünki çox vaxt "ABS bloku xarabdır" deyilən problem sadəcə qırılmış sensor naqilidir.
Təmirdən sonra bloku əvvəl stenddə yoxlayırıq. Sonra onu maşına qoyur, sistemin havasını çıxarır (prokaçka edir) və maşını yolda sınayırıq.
Təmir, yoxsa yeni blok?
Yeni ABS bloku bazarda markadan asılı olaraq 220–950 AZN-dir: Nissan Murano üçün 220 AZN, Mercedes E211 üçün 600 AZN, Changan Q05 üçün 850 AZN, Toyota Prius 20 kuza üçün 950 AZN. İşlənmiş blok ucuz olsa da, nə qədər işləyəcəyi bilinmir və onu da kodlaşdırmaq lazımdır. Təmir isə konkret nasazlığı aradan qaldırır. Avtomobil öz bloku ilə qalır, ona görə kodlaşdırma və uyğunlaşdırma problemi yaranmır. Blok fiziki olaraq bərpa oluna bilmirsə, bunu diaqnostikadan sonra açıq deyirik.
Hansı avtomobillərdə ABS blokunu təmir edirik?
Toyota (Prius, Aqua, Fielder, Camry, Corolla), Lexus, Mercedes-Benz, BMW, Hyundai, Kia, Nissan, Mitsubishi, Ford, Volkswagen, Changan və digər markaların ABS bloklarını təmir edirik. Toyota Prius hibridlərində isə əyləc aktuatoru başqa cür qurulub, onu Toyota Prius ABS təmiri səhifəsində ayrıca izah etmişik.
İş prosesi
Əvvəl kompüter diaqnostikası edib xətaları oxuyuruq, sensorları və naqilləri yoxlayırıq. Problem həqiqətən blokdadırsa, onu söküb stenddə yoxlayır və qiyməti sizə deyirik. Razılaşsanız, təmirə başlayırıq.
Qiymət
ABS təmiri qiyməti nədən asılıdır?
Hazır qiymət siyahısı vermirik, çünki eyni nasazlıq iki maşında iki fərqli iş deməkdir. Qiymətə təsir edənlər:
- Modulun növü: mühərrik beyni, karobka beyni (TCM), ABS, airbag, BCM və Gateway fərqli platalardır
- Zədənin dərəcəsi: tək yanmış komponent, yoxsa su dəymiş və korroziyaya uğramış plata
- Ehtiyat hissəsinin lazım olub-olmaması və onun qiyməti
- İşin növü: təmir, proqramlaşdırma, kodlaşdırma və ya uyğunlaşdırma
- Diaqnostika
- Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.
- Qiyməti necə öyrənmək olar
- Modulun markasını və nömrəsini WhatsApp-a göndərin. İş saatlarında yazsanız, qiyməti həmin gün deyirik. Diaqnostikadan sonra qiyməti dəqiqləşdiririk və işə yalnız siz təsdiq edəndən sonra başlayırıq.
Müqayisə üçün: yeni modulun bazar qiyməti
- Yeni ABS bloku: Mercedes E211 üçün 600 AZN, Changan Q05 üçün 850 AZN, Nissan Murano üçün 220 AZN
Burada yeni modul və ehtiyat hissələrinin bazar qiymətləri göstərilib. Bunlar bizim təklifimiz deyil. Təmirin qiymətini diaqnostikadan sonra deyirik.
ABS təmiri haqqında tez-tez verilən suallar
Nasazlıqdan asılıdır. Sensor və naqil problemi ucuz başa gəlir, elektron modulun chip-level təmiri orta qiymətədir, nasos mühərrikini dəyişmək isə daha bahadır. Ucuz bloklarda fərq az ola bilər (məsələn, Nissan Murano üçün yeni blok 220 AZN-dir), bahalarında isə təmir açıq-aydın sərfəlidir. Dəqiq qiyməti diaqnostikadan sonra deyirik.
WhatsApp-a yazın və ya zəng edin
Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.
Servisin ümumi nömrəsi: +994 70 338 62 77
Bununla bağlı xidmətlər
- Prius ABS təmiriToyota Prius ABS təmiri (20, 30 kuza)
- Beyin təmiriAvtomobil beyni (ECU) təmiri və proqramlaşdırılması
- Avto elektrikAvto elektrik ustası və kompüter diaqnostikası
Bütün xidmətlər: Bakıda avto servis xidmətlərinin tam siyahısı
