Əsas məzmuna keç

Avtomobil beyni (ECU) təmiri və proqramlaşdırılması

Qısa cavab

AzonAuto Bakıda avtomobil beyin təmiri edir: mühərrik beyni (ECU), karobka beyni (TCM), ABS, airbag, BCM və Gateway modullarını komponent və mikrosxem səviyyəsində bərpa edir. Modul dəyişdirilmir, öz proqramı və kodlaşdırması ilə qalır, ona görə yeni beyin alanda qarşıya çıxan immobilayzer və VIN problemləri yaranmır. Yeni orijinal beyin markadan asılı olaraq 500–2000 AZN-dir, təmirin qiyməti isə diaqnostikadan sonra deyilir. İşi Orxan usta görür. Kompüter diaqnostikası 20 AZN-dir və təmirə başlanarsa təmirin qiymətinə daxil edilir. Ünvan: Əliağa Şıxlinski 112, Koroğlu metrosu yaxınlığı.

Check engine yanır, maşın işə düşmür və ya karobka avariya rejiminə düşüb? Beyni dəyişməyə tələsməyin. Çox vaxt "beyin xarabdır" deyilən nasazlıq sensor, naqil və ya kütlə problemi çıxır. Ona görə Orxan usta əvvəlcə problemin həqiqətən beyində olduğunu yoxlayır. Problem beyindədirsə, əksər hallarda modulu dəyişmədən, platanı mikroskop altında təmir edir.

Su dəymiş və qısaqapanmadan yanmış beyinləri təmir edirik, proqramlaşdırma, kodlaşdırma, immobilayzer və CAN bus işlərini də görürük. Hamısı bir yerdədir, Bakıda, Koroğlu metrosu yaxınlığında.

Gördüyümüz təmirə zəmanət veririk, karobka beyni (TCM) təmiri də zəmanətlidir.

Son yenilənmə:

Dərhal əlaqə

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

Servisin ümumi nömrəsi: +994 70 338 62 77

AzonAuto-nun videosundan kadrlar: açılmış Mercedes 272 (ME9.7) mühərrik beyninin platası stolun üstündə, mikroskop ekranında platanın böyüdülmüş görüntüsü və kontaktların yaxından çəkilmiş görünüşü.

Bu əlamətlər varsa, bizə gəlin

  • Check engine işığı yanır, diaqnostika cihazı beyinlə əlaqə qura bilmir
  • Maşın işə düşmür: starter fırlanır, amma mühərrik tutmur
  • Karobka avariya rejiminə düşür, sürətlər dəyişmir və ya 3-cü sürətdə qalır
  • ABS, ESP və ya airbag işığı sönmür
  • Elektrik sistemində qısaqapanma olub, sığorta yanıb, modula su dəyib
  • Açar tanınmır, immobilayzer avtomobili bloklayıb

Hansı markaların beyinlərini təmir edirsiniz?

İstehsalçıdan asılı olmayaraq təmir edirik. Bosch, Denso, Delphi, Siemens VDO, Continental, Hitachi, Marelli və Keihin beyinləri, Çin avtomobillərindəki UAES, Delphi-Çin və digər platformalar bizə gəlir. Chip-level təmirdə modulun içindəki detallarla işlədiyimiz üçün beyni kimin istehsal etdiyi yox, nəyin zədələndiyi önəmlidir.

Müasir avtomobildə bir yox, onlarla beyin var və hər birinin öz işi var. Mühərrik beyni (ECU / ECM) yanacağı, alışmanı və turbonu idarə edir. Karobka beyni (TCM) avtomat və robot karobkanı işlədir, ABS beyni isə əyləc modulunun içində olur. Airbag / SRS beyni hava yastıqlarına nəzarət edir, BCM (kuza modulu) işıqları, şüşəqaldıranları və mərkəzi kilidi idarə edir. Gateway isə modullar arasındakı CAN rabitəsini tənzimləyir.

Bu modulların hamısını AzonAuto-da diaqnostika və təmir edirik: mühərrik beyni, karobka beyni, ABS beyni, airbag beyni, BCM, Gateway, elektron rulavoy (EPS) modulu.

Chip-level təmir niyə dəyişməkdən sərfəlidir?

Beynin "xarab olması" çox vaxt bütün modulun yox, bir detalın sıradan çıxması deməkdir: yanmış drayver tranzistoru, oksidləşmiş cığır, çatlamış lehim, şişmiş kondensator. Chip-level təmirdə həmin detalı mikroskop altında tapıb dəyişirik. Modul öz proqramı və kodlaşdırması ilə qalır, ona görə yeni beyin alanda qarşıya çıxan uyğunlaşdırma, immobilayzer və VIN problemləri burada olmur.

Yeni orijinal beyin markadan asılı olaraq 500–2000 AZN-ə başa gəlir və üstəlik ayrıca kodlaşdırma istəyir. Təmirin qiymətini və müddətini diaqnostikadan sonra deyirik.

Proqramlaşdırma, kodlaşdırma və beyin (ECU) klonlaşdırılması

Beyin fiziki cəhətdən sağlamdırsa, amma proqramı pozulubsa, proqramı yenidən yazırıq. Yeni və ya işlənmiş modul qoyanda onu avtomobilin VIN-i, açarları və digər modulları ilə uyğunlaşdırırıq (adaptasiya). Mühərrik və ya karobka dəyişiləndən sonra beynin yenidən kodlaşdırılması da bu işə daxildir.

Klonlama da edirik, yəni köhnə beynin (ECU) proqramını və məlumatlarını eyni tipli başqa modula köçürürük. Xarab beyni eyni nömrəli işlənmiş və ya yeni beyinlə əvəz edəndə bu lazım olur.

Bu işlər üçün AzonAuto-da diaqnostika avadanlığı, proqramlaşdırıcılar, ossilloqraf və CAN analizatoru var. İşləri həm stenddə, həm də avtomobilin üstündə görürük.

Eyni ustalar eyni avadanlıqla chip tuning də edir: Stage 1 güc artımı və Euro 2 proqramı. DPF, EGR, AdBlue ləğvi də bizdədir. Stage 1 nədir və maşına ziyanı varmı sualını ayrıca yazıda cavablandırmışıq.

Airbag crash silinməsi

Qəzada hava yastıqları açılanda airbag modulu yaddaşına "crash" yazır. Yastıqları dəyişsəniz də, paneldə airbag işığı yanılı qalır, hibrid avtomobillərdə isə maşın ümumiyyətlə işə düşməyə bilər. Crash məlumatını moduldan silirik və ya modulu yenidən proqramlaşdırırıq. Modul fiziki zədələnibsə, onu təmir edirik. Ətraflısını airbag təmiri və crash silinməsi səhifəsində yazmışıq.

İmmobilayzer, immo off və CAN bus problemləri

Açar tanınmırsa, maşın işə düşüb dərhal sönürsə və ya paneldə açar işarəsi yanırsa, problem immobilayzerdədir. Səbəb açarda, immobilayzer modulunda və ya beyinlə rabitədə ola bilər, onu diaqnostika ilə tapıb aradan qaldırırıq. Lazım olanda immobilayzeri proqramla söndürürük (immo off), məsələn, açar itəndə və ya immobilayzer modulunu bərpa etmək mümkün olmayanda. Yeni və ya ehtiyat açarın proqramlaşdırılmasını, bütün açarlar itəndə nə edildiyini maşın açarı səhifəsində ayrıca yazmışıq.

Bir neçə modulun eyni anda "itməsi", arabir çıxan xətalar, panelin sönüb-yanması isə çox vaxt CAN bus xəttindəki problemdən olur. Kabel zədələnə, xəttə korroziya düşə və ya xarab olmuş modul bütün xətti çökdürə bilər. Xəttin harada pozulduğunu ossilloqraf və CAN analizatorla dəqiq tapırıq.

Su dəymiş, yanmış və qısaqapanmadan zədələnmiş beyinlər

Su dəymiş modulu dərhal gətirin, çünki korroziya gündən-günə yayılır və hələ xilas etmək mümkün olan platanı sıradan çıxarır. Platanı ultrasəs vannasında təmizləyir, korroziyadan zədələnmiş cığırları bərpa edir, yanmış detalları dəyişirik. Akkumulyator səhv qoşulanda, "prikurit" zamanı gərginlik sıçrayanda və ya qısaqapanma olanda yanan beyinləri də eyni qaydada təmir edirik.

Hansı hallarda beyin təmir olunmur

Hər beyni bərpa etmək olmur və bunu əvvəlcədən deyirik. Əsas prosessor (MCU) fiziki zədələnibsə və içindəki proqram oxunmursa, platanın daxili qatları yanıbsa və ya modul əvvəlki uğursuz təmirdən sonra gəlibsə, təmir ya mümkün olmur, ya da nəticəyə zəmanət vermək olmur. Belə hallarda donor moduldan proqramlaşdırma və uyğunlaşdırma variantını təklif edirik.

Hər iki variantın qiymətini deyirik, qərarı siz verirsiniz. Razılığınız olmadan heç bir işə başlamırıq.

İş prosesi

Maşını gətirəndə əvvəl kompüter diaqnostikası edirik ki, nasazlığın həqiqətən beyində olduğuna əmin olaq. Sonra Orxan usta modulu stenddə yoxlayır, biz də nə görüləcəyini və qiymətini sizinlə razılaşdırırıq. Təmirdən sonra beyni əvvəl stenddə, sonra maşının üstündə sınayırıq.

Bütün markalarla işləyirik

Beyni komponent səviyyəsində təmir etdiyimiz üçün marka fərq etmir. Ən çox işlədiyimiz markalar:

Çin markaları

  • Changan
  • BYD
  • Haval
  • Geely
  • Chery
  • JAC
  • Deepal
  • Li Auto

Yapon və Koreya

  • Toyota
  • Lexus
  • Nissan
  • Infiniti
  • Honda
  • Mazda
  • Mitsubishi
  • Subaru
  • Hyundai
  • Kia

Avropa

  • Mercedes-Benz
  • BMW
  • Volkswagen
  • Audi
  • Porsche
  • Skoda
  • Seat
  • Opel
  • Renault
  • Peugeot
  • Fiat
  • Land Rover
  • Maserati

Amerika və digər

  • Ford
  • Chevrolet
  • Jeep
  • Lada (VAZ)
  • Khazar

Markanız siyahıda yoxdursa, yenə zəng edin. Modulun markasını və nömrəsini deyin, dərhal cavab verək.

Qiymət

Beyin təmiri qiyməti nədən asılıdır?

Hazır qiymət siyahısı vermirik, çünki eyni nasazlıq iki maşında iki fərqli iş deməkdir. Qiymətə təsir edənlər:

  • Modulun növü: mühərrik beyni, karobka beyni (TCM), ABS, airbag, BCM və Gateway fərqli platalardır
  • Zədənin dərəcəsi: tək yanmış komponent, yoxsa su dəymiş və korroziyaya uğramış plata
  • Ehtiyat hissəsinin lazım olub-olmaması və onun qiyməti
  • İşin növü: təmir, proqramlaşdırma, kodlaşdırma və ya uyğunlaşdırma
Diaqnostika
Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.
Qiyməti necə öyrənmək olar
Modulun markasını və nömrəsini WhatsApp-a göndərin. İş saatlarında yazsanız, qiyməti həmin gün deyirik. Diaqnostikadan sonra qiyməti dəqiqləşdiririk və işə yalnız siz təsdiq edəndən sonra başlayırıq.

Müqayisə üçün: yeni modulun bazar qiyməti

  • Yeni orijinal beyin: markadan asılı olaraq 500–2000 AZN, üstəlik kodlaşdırma

Burada yeni modul və ehtiyat hissələrinin bazar qiymətləri göstərilib. Bunlar bizim təklifimiz deyil. Təmirin qiymətini diaqnostikadan sonra deyirik.

Beyin təmiri qiyməti: nədən asılıdır, necə hesablanır

İşlərimizdən videolar

  • Mercedes 272 mühərrik beyninin təmiri

    Açılmış Mercedes 272 (ME9.7) beyni stolun üstündə: plata, konnektor sırası və dəyişilən komponentlər görünür.

    · TikTok-da bax

  • Mikroskop altında beyin platasının lehimlənməsi

    Açılmış modulun platası mikroskop stendinin altında lehimlənir; ekranda kontaktlar böyüdülmüş görünür.

    · TikTok-da bax

  • Jeep beyninin təmiri

    Korpusdan çıxarılmış Jeep beyninin platası, iş masasının üstündə.

    · TikTok-da bax

  • Avtomobil elektronikası: modulların klonlanması və proqramlaşdırılmasıInstagram-da bax

    Avtomobil elektronikası: modulların klonlanması və proqramlaşdırılması

    Servisdə açılmış elektron modullar və naqillər, üzərində işləyən ustalar; sonda ünvan və əlaqə kartı.

    · Instagram-da bax

Suallar

Beyin təmiri haqqında tez-tez verilən suallar

Qiymət modulun növündən və zədənin dərəcəsindən asılıdır. Dəqiq qiyməti diaqnostikadan sonra, işə başlamazdan əvvəl deyirik. Yeni beyin 500–2000 AZN-ə başa gəlir, təmir adətən bundan ucuz olur.

WhatsAppZəng et