Mühərrik
Mercedes W213 hidrokompensator dəyişmə Bakı: mühərrikdə səs
Mercedes W213: mühərrikdəki səs hidrokompensatorlardan idi
Mercedes-Benz E-Class W213, 2018 ·
- Şikayət
- Mühərrikdən qüsurlu səs gəlirdi.
- Səbəb
- Hidrokompensatorlar və klapan qolları (klaçoklar) yeyilmişdi.
- Görülən iş
- Hidrokompensatorlar dəyişildi
- Klapan qolları dəyişildi
- Nəticə
- Səs kəsildi, mühərrik daha səssiz işləyir.
Bu nasazlıq haqqında
Hidrokompensator klapanla onu idarə edən mexanizm arasındakı aralığı mühərrik yağının təzyiqi ilə avtomatik seçir, klapan qolu (klaçok) isə raspredvalın hərəkətini klapana ötürür. Bu hissələr yeyiləndə və ya aralıq pozulanda mühərrikdən taqqıltı kimi səs gələ bilər, çox vaxt soyuq mühərrikdə daha aydın eşidilir. Səsin mənbəyi başqa yerdə də ola bilər: zəncir dəsti, farsunka və ya kənar bir hissə. Ona görə mühərriki sökməzdən əvvəl kompüter diaqnostikası və ölçülərlə səbəbi daraldırıq. Səs başlayan kimi yağın səviyyəsinə və vəziyyətinə baxmaq da vacibdir, çünki hidrokompensatorlar yağ təzyiqi ilə işləyir. Bu yanaşma mühərrik təmiri səhifəsində yazılıb.
Bu işi görən xidmət
- Mühərrik təmiriMühərrik təmiri Bakı: kompüter diaqnostikası, qalovka (blok başlığı) təmiri, mühərrik yuyulması, dizel və benzin mühərrikləri. Əvvəl səbəb, sonra qiymət.
- Mercedes ustasıMercedes ustası Bakıda: E-Class W212, W213, S-Class W222, GLE, GLS, V-Class. Farsunka və TNVD stenddə, OM651 kodlaşdırma, beyin təmiri. Diaqnostika 20 AZN.