Əsas məzmuna keç

Farsunka yuyulması: benzin və dizel farsunkalar

Qısa cavab

AzonAuto Bakıda benzin farsunkalarını söküb ultrasəs vannasında yuyur, uc rezinlərini və filtrlərini dəyişir, nəticəni mühərrikdə silindr balansı ilə yoxlayır. Dizel Common Rail farsunkaları yumadan əvvəl və sonra stenddə yoxlanır, çünki yumanın kifayət edib-etmədiyini yalnız stend göstərir; nəticə çap olunmuş test hesabatı ilə verilir. Farsunkaları maşınla gətirmək də olar, sökülmüş halda ayrıca gətirmək də.

Mühərrik boşda titrəyir, soyuqda çətin işə düşür, yanacaq sərfi artıb? Çirklənmiş farsunka yanacağı bərabər püskürmür və bu əlamətlərin ən çox rast gəlinən səbəblərindən biridir. Yuma belə halda ilk addımdır, amma hər problemi həll etmir: köhnəlmiş iynəni və ya zəifləmiş klapanı yuma bərpa etmir.

Ona görə yumanı nəticəni ölçməklə edirik. Dizel farsunkalarını Ayxan usta yumadan əvvəl və sonra stenddə yoxlayır. Yuma kifayət etməsə, farsunka təmiri lazımdır və bunu stend nəticəsi ilə göstəririk.

Görülən işə zəmanət verilir.

Son yenilənmə:

Google rəyi
Farsunkalari yuduzdurdum, cox sagolsunlar ideal iw gorduler, yanacaq herci azaldi
Али Керимов, Bütün rəylər Google Maps-da

Dərhal əlaqə

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

DiMED Expert stendinin içində: solda yüksək təzyiq nasosu, sağda yoxlamaya qoşulmuş dizel farsunkaları, AzonAuto

Bu əlamətlər varsa, bizə gəlin

  • Boş dövrlərdə titrəmə, mühərrik qeyri-bərabər işləyir
  • Soyuqda çətin işə düşmə, uzun fırlanma
  • Yanacaq sərfi artıb
  • Dizeldə qara tüstü, yanacaq iyi
  • Qaz verəndə gecikmə, güc azalıb
  • Servis kitabçasındakı yuma intervalı çatıb

Benzin farsunkalarının yuyulması

Benzin mühərriklərində farsunkalar zamanla çirklənir və qeyri-bərabər püskürür. Farsunkaları söküb ultrasəs vannasında yuyur, uc rezinlərini və filtrlərini dəyişirik. Birbaşa püskürtməli (GDI, TSI, TFSI) mühərriklərin farsunkalarını da yuyuruq.

Nəticəni mühərrikdə silindr balansı və canlı məlumatla yoxlayırıq. Bizim stend dizel avadanlığıdır, ona görə benzin farsunkasının nəticəsini stenddə yox, mühərrikin özündə ölçürük.

Dizel farsunkalarının yuyulması və stend yoxlaması

Usta alət panelinin qarşısında sıxacda bərkidilmiş dizel farsunkasını sökür
Usta alət panelinin qarşısında sıxacda bərkidilmiş dizel farsunkasını sökür

Dizel Common Rail farsunkasını yumazdan əvvəl stendə qoyuruq: stend farsunkanın boş dövrdə, qismən və tam yükdə nə qədər yanacaq verdiyini və geri axının (obratkanın) həddi keçib-keçmədiyini göstərir. Sonra farsunkanı söküb yuyur və stenddə yenidən yoxlayırıq. Stenddə yoxlanan hər iş üçün çap olunmuş test hesabatı verilir.

Yumadan sonra da göstəricilər zavod həddinə qayıtmırsa, səbəb çirk deyil, köhnəlmiş iynə, klapan və ya bobindir. Belə halda hissəni dəyişir, farsunkanı zavod ölçülərinə tənzimləyir və kodlaşdırırıq. Son işlərimizdən biri: Hyundai Santa Fe dizelində farsunkalar yuyuldu, stenddə yoxlandı və kodlaşdırıldı.

Farsunkaları ayrıca gətirmək olar

Maşını gətirməyə ehtiyac yoxdur: sökülmüş farsunkaları ayrıca gətirsəniz, onları yuyur və dizel farsunkalarını stenddə yoxlayırıq. Hər farsunkanın hansı silindrdən çıxdığını qeyd edin, hesabatdakı nəticəni silindrlə tutuşdurmaq asan olsun.

Farsunkada hissə dəyişibsə, yerinə qoyandan sonra kodlaşdırma lazımdır. Bunu maşın bizdə olanda edirik, başqa servisdə quraşdırırsınızsa, onların kodlaşdırma edə bildiyini soruşun.

Yuma kifayət etmirsə

Gövdəsi çatlamış, korroziyaya uğramış və ya piezo elementi tam sıradan çıxmış farsunkanı nə yuma, nə də təmir bərpa edir. Belə halda yeni farsunka lazımdır; dizel farsunkaları və nasoslar anbarımızda da olur: farsunka satışı.

Bəzən günah farsunkada olmur. Eyni əlamətləri yüksək təzyiq nasosu, tutulmuş yanacaq filtri və yanacaq xəttinə sorulan hava da verir. Nasosu necə yoxladığımızı yanacaq nasosu təmiri səhifəsində yazmışıq. Farsunkanın necə işlədiyini isə farsunka nədir yazısında izah etmişik.

Yumanın faydasını necə uzatmaq olar

Farsunkanın ömrünü ən çox uzadan şey vaxtında dəyişilən yanacaq filtridir. Dizeldə su ayırıcısını (separatoru) vaxtında boşaltmaq da vacibdir: içində su və çirk olan yanacaq iynəni və klapanı tez yeyir. Keyfiyyətsiz yanacaq yuma intervalını da qısaldır.

Qiymət

Farsunka yuyulması qiyməti nədən asılıdır?

Hazır qiymət siyahısı vermirik, çünki eyni nasazlıq iki maşında iki fərqli iş deməkdir. Qiymətə təsir edənlər:

  • Avtomobilin markası, modeli və mühərriki
  • Diaqnostikada tapılan nasazlıq və işin həcmi
  • Dəyişilməli ehtiyat hissəsinin olub-olmaması və onun qiyməti
Diaqnostika
Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.
Qiyməti necə öyrənmək olar
Marka, model və problemi WhatsApp-a yazın. İş saatlarında yazsanız, həmin gün cavab veririk. Qiyməti diaqnostikadan sonra dəqiqləşdiririk və işə yalnız siz təsdiq edəndən sonra başlayırıq.
Qiyməti WhatsApp-da soruşun

Rəylər

Müştəri rəyləri Google-da

  • Farsunkalari yuduzdurdum, cox sagolsunlar ideal iw gorduler, yanacaq herci azaldi
    Али Керимов
Suallar

Farsunka yuyulması haqqında tez-tez verilən suallar

Farsunkanın tipindən və işin həcmindən asılıdır. Nümunə: Hyundai Santa Fe 2019 dizelində farsunkaların yuyulması, stenddə yoxlanışı və kodlaşdırılması işinin qiyməti 160 AZN olub. Sizin farsunkaların qiymətini yoxlamadan sonra deyirik.

WhatsAppZəng et