Əsas məzmuna keç

Farsunka və yanacaq sistemi

Mercedes W212 OM651 farsunka kodlaşdırma Bakı: avariya rejimi

Mercedes W212 OM651: avariya rejimi, dövrlər 3000-dən qalxmırdı

Mercedes-Benz E-Class W212, 2015, OM651 ·

Instagram-da bax
Şikayət
Maşın avariya rejiminə düşürdü, taxometr 3000 dövrdən yuxarı qalxmırdı.
Görülən iş
  • Farsunkalar kodlaşdırıldı, yeni kod verildi
  • Proqram yazıldı
Nəticə
Problem həll olundu.

Bu nasazlıq haqqında

Common Rail farsunkaları mühərrik beyninə hər birinin özünün kodu (IMA, ISA) ilə tanıdılır: beyin bu kodla hər farsunkanın püskürtməsini düzəldir. Farsunka dəyişəndən və ya təmir olunandan sonra kod yazılmasa, yeni farsunka da düzgün işləmir. Beyin farsunkalarda və ya yanacaq təzyiqində normadan kənar vəziyyət görəndə mühərriki avariya rejiminə sala bilər: güc və dövr məhdudlaşır. Ona görə belə əlamət gələndə əvvəl kompüter diaqnostikası ilə xəta kodlarına baxırıq. Əlamət farsunkalardan gəlmirsə, yanacaq nasosu, hava sızması və ya turbo da eyni vəziyyəti yarada bilər. Kodlaşdırma və farsunkaların yoxlanışı farsunka təmiri səhifəsində izah olunub.

Bu işi görən xidmət

Bütün görülən işlər (20)

WhatsApp-a yazın və ya zəng edin

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

WhatsAppZəng et