Farsunka və yanacaq sistemi
Hyundai Santa Fe dizel farsunka təmiri Bakı: kənar səs
Hyundai Santa Fe dizel: mühərrikdən gələn kənar səs farsunkalardan idi
Hyundai Santa Fe, 2019, dizel ·
- Şikayət
- Mühərrikdən kənar səs gəlirdi.
- Səbəb
- Diaqnostikada nasazlığın farsunkalardan gəldiyi müəyyən edildi.
- Görülən iş
- Farsunkalar söküldü və xüsusi avadanlıqla yuyuldu
- Stenddə yoxlanıldı
- Kodlaşdırılıb yerinə qoyuldu
- Nəticə
- Kənar səs kəsildi, mühərrik stabil və səssiz işləyir.
- İşin qiyməti
- 160 AZN
Bu nasazlıq haqqında
Dizel farsunka yanacağı çox dəqiq miqdarda və yüksək təzyiqlə püskürtməlidir. İynə köhnələndə, klapan yeyiləndə və ya geri axın artanda farsunka bu işi pis görür, mühərrik isə bunu kənar səs, titrəmə və ya güc itkisi kimi göstərə bilər. Eyni əlamətləri yüksək təzyiq nasosu və yanacaq xəttinə sorulan hava da verə bilər, ona görə farsunkalara baxmazdan əvvəl onları da istisna edirik. Söküldükdən sonra farsunkaların hər biri stenddə yoxlanır: stend nə qədər yanacaq verdiyini göstərir və zavod göstəricisi ilə müqayisə edir. Qaydanın təfsilatı farsunka təmiri səhifəsindədir.
Bu işi görən xidmət
- Farsunka təmiriFarsunka təmiri Bakı: dizel farsunkalar (Bosch, Denso, Delphi, Continental) stenddə yoxlanır, kodlaşdırılır, çap olunmuş hesabat verilir. Zəmanət.
- Hyundai, Kia dizel təmiriHyundai, Kia dizel təmiri Bakıda: Santa Fe, Sorento 2.2 zəncir dəyişmə, kollektor yuyulması, farsunka stenddə. Adi qiyməti 900, kampaniyada 650 AZN.