Farsunka və yanacaq sistemi
Volkswagen Amarok farsunka təmiri Bakı: qara tüstü, sərfiyyat
Volkswagen Amarok: gec işə düşmə, qara tüstü və sərfiyyat farsunkalardan idi
Volkswagen Amarok, 2013 ·
- Şikayət
- Gec işə düşürdü, qara tüstü verirdi, yanacaq sərfiyyatı artmışdı.
- Səbəb
- Farsunkalarda geri axın (obratka) var idi.
- Görülən iş
- Farsunkaların klapan dəstləri yeniləndi
- Nəticə
- Farsunkalar yenidən qaydasında işləyir.
Bu nasazlıq haqqında
Gec işə düşmə, qara tüstü və artan sərfiyyat birlikdə gələndə çox vaxt farsunkalar yanacağı qeyri-düzgün verir. Səbəblərdən biri farsunkanın klapan dəstidir: yeyiləndə farsunka təzyiqi saxlaya bilmir və geri axın (obratka) artır. Eyni üç əlaməti yüksək təzyiq nasosu, tutulmuş yanacaq filtri və ya yanacaq xəttinə sorulan hava da verə bilər, ona görə hamısını yoxlamadan farsunkanı günahlandırmırıq. Yanacaq filtrini vaxtında dəyişmək farsunkaların və nasosun ömrünü ən çox uzadan şeydir. Boş dövrlərdə titrəmə, qeyri-bərabər iş və xəta kodları da farsunka problemini göstərə bilər. Ətraflı: farsunka təmiri.