Farsunka və yanacaq sistemi
BMW E61 farsunka təmiri Bakı: qara tüstü
BMW E61: qara tüstünün səbəbi əvvəlki təmirdə qoyulmuş səhv iynələr idi
BMW E61 ·
- Şikayət
- Mühərrik işləyəndə qara tüstü verirdi.
- Səbəb
- Diaqnostikada məlum oldu ki, əvvəlki təmirdə farsunkalara onlara uyğun olmayan iynələr qoyulub.
- Görülən iş
- Orijinal Bosch farsunka iynələri qoyuldu
- Farsunkalar stenddə yoxlanıldı və balanslaşdırıldı
- Farsunkalar yenidən kodlaşdırıldı
- Nəticə
- Qara tüstü kəsildi, mühərrik stabil və daha səssiz işləyir, yanacaq sərfiyyatı normaya düşdü.
Bu nasazlıq haqqında
Dizel mühərrikdə farsunka yanacağı yüksək təzyiqlə yanma kamerasına püskürdür, iynə (nozzle) isə yanacağın çıxışını açıb bağlayır. İynə köhnələndə və ya farsunkaya uyğun olmayan iynə qoyulanda farsunka lazımından çox yanacaq verə bilər, artıq yanacaq isə qara tüstü kimi görünür. Eyni əlaməti hava filtri, turbo və EGR də verir, ona görə tüstünün rənginə baxıb farsunkaları dəyişmirik. Əvvəl kompüter diaqnostikası və silindr balansı ilə problemli farsunkanı tapırıq, sonra onu söküb farsunka təmiri səhifəsində yazdığımız qaydada stenddə yoxlayırıq: stend hər farsunkanın nə qədər yanacaq verdiyini zavod göstəricisi ilə müqayisə edir. Tüstünün rəngləri və səbəbləri barədə ağ, qara, göy tüstü yazısına baxa bilərsiniz.