Farsunka və yanacaq sistemi
Lexus LX 450d farsunka təmiri Bakı: qara tüstü
Lexus LX 450d: qara tüstü, farsunkalar stenddə yoxlanıb sazlandı
Lexus LX 450d ·
- Şikayət
- Avtomobil qara tüstü verirdi.
- Görülən iş
- Farsunkalar söküldü və stenddə yoxlanıldı
- Farsunkaların püskürtmə göstəriciləri sazlandı
- Lazımi ehtiyat hissələri və araqatlar yeniləndi
- Farsunkalar yerinə quraşdırıldı
- Yekun yoxlama və test aparıldı
- Nəticə
- Qara tüstü aradan qalxdı, yanacaq püskürtməsi sazlandı.
Bu nasazlıq haqqında
Dizel mühərrikdə qara tüstü havaya nisbətən artıq yanacağın yanması deməkdir. Ən çox rast gəlinən səbəb farsunkadır: iynə damcılayır və ya lazımından çox yanacaq verir. Amma tutulmuş hava filtri, turbo, EGR və ya hava sızması da eyni nəticəni verir, ona görə rəngə baxıb farsunkaları dəyişmirik. Farsunkaları söküb stenddə yoxlayırıq: stend hər birinin nə qədər yanacaq verdiyini göstərir və zavod göstəricisi ilə müqayisə edir. Bu qaydanı farsunka təmiri səhifəsində yazmışıq. Tüstünün rənglərini və səbəblərini isə ağ, qara, göy tüstü yazısında müqayisə etmişik.

