Farsunka və yanacaq sistemi
Land Rover Discovery 4 farsunka təmiri Bakı: gec işə düşmə
Land Rover Discovery 4: gec işə düşməsinin səbəbi farsunkalarda geri axın idi
Land Rover Discovery 4 ·
- Şikayət
- Mühərrik gec işə düşürdü.
- Səbəb
- Farsunkalarda geri axın (obratka) çox idi.
- Görülən iş
- Farsunkalar ultrasəslə təmizləndi
- Klapanlar yeniləndi
- Stenddə test edildi
- Yanacaq filtri dəyişildi
- Farsunkalar kodlaşdırıldı
- Nəticə
- Mühərrik yenidən vaxtında işə düşür.
Bu nasazlıq haqqında
Dizel farsunkada geri axın (obratka) yanma kamerasına getməyib geri xəttə qayıdan yanacaqdır. Bir qədər geri axın normaldır, amma həddi keçəndə farsunka təzyiqi saxlaya bilmir. Nəticədə mühərrik soyuqda çətin işə düşür, qara tüstü verə bilər, sərfiyyat artır. Eyni əlamətləri yüksək təzyiq nasosu da verir, ona görə təzyiq düşəndə nasosla farsunkanı ayırmaq üçün geri axını ayrıca ölçürük. Ölçü farsunkalar stenddə yoxlananda aparılır: stend geri axının həddi keçib-keçmədiyini göstərir. Farsunkanı yumaq, klapanını yeniləmək və ya iynəni dəyişmək barədə qərar yalnız stend nəticəsindən sonra verilir. Bu barədə farsunka təmiri səhifəsində ətraflı yazmışıq.