Farsunka və yanacaq sistemi
Mercedes W213 TNVD dəyişmə Bakı: yanacaqda metal
Mercedes W213: sıradan çıxan TNVD yanacaq sisteminə metal qırıntısı yaymışdı
Mercedes-Benz E-Class W213, 2019 ·
- Şikayət
- Yanacaq sistemində nasazlıq.
- Səbəb
- Yüksək təzyiq yanacaq nasosu (TNVD) sıradan çıxıb və yanacaq sisteminə metal qırıntıları yayıb.
- Görülən iş
- Yanacaq çəni və yanacaq xətləri təmizləndi
- Yanacaq filtri dəyişildi
- Kollektor və hava qəbulu sistemi təmizləndi
- Yeni TNVD qoyuldu
- Yeni farsunkalar qoyuldu
- Mühərrik son yoxlamadan keçirildi
- Nəticə
- Yanacaq sistemi bərpa olundu, avtomobil saz vəziyyətdə təhvil verildi.
Bu nasazlıq haqqında
Common Rail dizel sistemində yüksək təzyiq yanacaq nasosu (TNVD) yanacağı 1500–2500 bar təzyiqə qaldırır və sistemin ən çox yüklənən hissəsidir. Nasosun daxili hissələri yeyiləndə lazımi təzyiq yaranmır, əlamət isə farsunka nasazlığına oxşayır: maşın ağır işə düşür, yüklə çəkmir, dizel qara tüstü verir. Təzyiq düşübsə, iki ehtimal var: ya nasos onu yarada bilmir, ya da farsunkalar geri axınla itirir. Bunu təxminlə yox, ölçməklə bilirik. Nasosun içi dağılanda metal hissəcikləri yanacaqla sistemə keçə bilər, ona görə nasos dəyişəndə xətlərə və filtrə də baxmaq lazım gəlir. Dizel TNVD-ni yanacaq nasosu təmiri səhifəsində yazdığımız kimi öz stendimizdə yoxlayırıq.
Bu işi görən xidmət
- Yanacaq nasosu təmiriYanacaq nasosu təmiri Bakı: dizel TNVD stenddə yoxlanıb təmir olunur, benzin nasosu maşının üstündə ölçülür. Əvvəl ölçü, sonra qiymət.
- Farsunka təmiriFarsunka təmiri Bakı: dizel farsunkalar (Bosch, Denso, Delphi, Continental) stenddə yoxlanır, kodlaşdırılır, çap olunmuş hesabat verilir. Zəmanət.
- Mercedes ustasıMercedes ustası Bakıda: E-Class W212, W213, S-Class W222, GLE, GLS, V-Class. Farsunka və TNVD stenddə, OM651 kodlaşdırma, beyin təmiri. Diaqnostika 20 AZN.