Mühərrik
Mercedes W167 mühərrik yastığı dəyişmə Bakı: vibrasiya
Mercedes W167: vibrasiyanın səbəbi mühərrik və karobka yastıqları idi
Mercedes-Benz GLE W167 ·
- Şikayət
- Mühərrik işləyəndə vibrasiya hiss olunurdu.
- Görülən iş
- Mühərrik yastıqları dəyişildi
- Karobka yastığı dəyişildi
- Bərkidicilər və montaj nöqtələri yoxlandı
- Nəticə
- Vibrasiya minimuma endi.
Bu nasazlıq haqqında
Mühərrik və karobka yastıqları (opora) mühərrikin titrəməsini kuzova ötürməməsi üçün rezin və ya hidravlik dayaqlardır. Yastıq yeyiləndə və ya çatlayanda mühərrikin vibrasiyası salona keçir, xüsusilə boş dövrdə hiss olunur. Eyni vibrasiyanı silindrlərdən birinin düzgün işləməməsi də verir, ona görə əvvəl kompüter diaqnostikası və silindr balansı ilə mühərrikin özünün düz işlədiyini yoxlayırıq. Mühərrik düz işləyirsə, yastıqlara və bərkidicilərə baxılır. Yastıq dəyişəndən sonra bərkidicilərin və montaj nöqtələrinin vəziyyətinə də baxmaq lazımdır, çünki boşalmış bərkidici vibrasiyanı saxlaya bilər. Bu qayda mühərrik təmiri səhifəsində yazılıb.
Bu işi görən xidmət
- Mühərrik təmiriMühərrik təmiri Bakı: kompüter diaqnostikası, qalovka (blok başlığı) təmiri, mühərrik yuyulması, dizel və benzin mühərrikləri. Əvvəl səbəb, sonra qiymət.
- Mercedes ustasıMercedes ustası Bakıda: E-Class W212, W213, S-Class W222, GLE, GLS, V-Class. Farsunka və TNVD stenddə, OM651 kodlaşdırma, beyin təmiri. Diaqnostika 20 AZN.