Əsas məzmuna keç

Soyutma sistemi

Mercedes W213 su pompası və termostat dəyişmə Bakı

Mercedes W213 dizel: su pompası və termostat dəyişildi

Mercedes-Benz E-Class W213, dizel ·

Instagram-da bax
Şikayət
Mühərrikin temperaturu normadan yuxarı idi.
Görülən iş
  • Su pompası dəyişildi
  • Termostat dəyişildi
  • Soyutma sistemi yoxlandı
  • Antifriz yeniləndi
Nəticə
Temperatur normaya düşdü.

Bu nasazlıq haqqında

Soyutma sistemi təkcə radiatordan ibarət deyil: antifrizi su pompası fırladır, temperaturu termostat tənzimləyir. Bunlardan biri xarab olanda mühərrikin temperaturu normadan yuxarı qalxa bilər. Eyni nəticəni radiatorun sızması, ventilyator və sistemdə qalan hava da verir, ona görə hissəni təxminlə dəyişmirik. Əvvəl antifrizin səviyyəsinə və vəziyyətinə, sistemin təzyiq saxlayıb-saxlamamasına, termostatın açılmasına və ventilyatorun qoşulmasına baxırıq. Bir dəfə qaynayan mühərrikdə qalovka zədələnə bilər, ona görə yubanmaq olmaz. Antifrizin rəngi dəyişibsə və ya genişləndirici bakda qabarcıqlar varsa, bu da sistemdə problem olduğunu göstərir. Ətraflı: radiator təmiri.

Bu işi görən xidmət

Bütün görülən işlər (20)

WhatsApp-a yazın və ya zəng edin

Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.

WhatsAppZəng et