Soyutma sistemi
Lexus LX 450d su pompası dəyişmə Bakı: su və güc itkisi
Lexus LX 450d: su itkisi və güc itkisi
Lexus LX 450d ·
- Şikayət
- Soyuducu maye azalırdı və mühərrik güc itirirdi.
- Görülən iş
- Su pompası dəyişildi
- Kollektor və EGR sistemi təmizləndi
- Farsunkalar stenddə yoxlanıldı və sazlandı
- İnterkuler təmizləndi
- Nəticə
- Su itkisi və güc itkisi aradan qalxdı.
Bu nasazlıq haqqında
Soyuducu maye səbəbsiz azalanda ilk ağla gələn radiatordur, amma maye su pompasından, şlanqlardan və ya genişləndirici bakdan da çıxa bilər. Sızma gözlə görünmürsə, sistemi təzyiq altında yoxlamaq lazımdır. Güc itkisi isə ayrıca yoxlanır: hava və yanacaq yolu, interkuler, EGR və farsunkalar. İki əlamət eyni vaxtda gələndə onların eyni səbəbdən olduğunu əvvəlcədən fərz etmirik, hər birini ayrıca ölçürük. Soyuducu mayenin azalması mühərrikin qızmasına da aparıb çıxara bilər, ona görə səviyyəni vaxtında yoxlamaq lazımdır. Soyutma sistemi üzrə iş qaydası radiator təmiri səhifəsində yazılıb.
Bu işi görən xidmət
- Radiator təmiriAvtomobil radiator təmiri və soyutma sisteminin yuyulması, Bakı. Maşın qaynayır, antifriz azalır, pechka qızdırmır? Əvvəl səbəb, sonra qiymət.
- Farsunka təmiriFarsunka təmiri Bakı: dizel farsunkalar (Bosch, Denso, Delphi, Continental) stenddə yoxlanır, kodlaşdırılır, çap olunmuş hesabat verilir. Zəmanət.