P0172: qarışıq çox zəngindir (1-ci sıra)
Təcililik: Tezliklə yoxlatdırın
Bu səhifədə həm də: P0175
AzonAuto ustaları · Son yenilənmə:
Qısa cavab
P0172 kodu o deməkdir ki, mühərrik beyni birinci sıra üçün qarışığı çox zəngin görür: havaya nisbətən yanacaq artıqdır. Səbəb sızan farsunka, yanlış göstərən DMRV, yüksək yanacaq təzyiqi, soyuq göstərən temperatur sensoru və ya tıxanmış hava filtri ola bilər. Zəngin qarışıq katalizatora və şamlara zərər verir. Bakıda AzonAuto səbəbi ölçməklə tapır.
P0172 nə deməkdir?
Beyin lambda sensoruna əsasən yanacağı azaltmağa çalışır. Yanacağı azaldan uzunmüddətli düzəliş son həddinə çatanda və qarışıq yenə də zəngin qalanda P0172 yazılır.
P0175 eyni xətadır, ikinci silindr sırası üçündür. Hər iki kod birlikdə çıxırsa, səbəb ümumi yerdə axtarılır: yanacaq təzyiqi, DMRV, temperatur sensoru və ya hava filtri.
Ən çox görülən səbəblər
Ustanın yoxladığı ardıcıllıqla: ən tez-tez olanlar əvvəldə.
- Sızan və ya damcılayan farsunkalar
- Həddindən artıq yüksək göstərən DMRV
- Artıq yanacaq təzyiqi (təzyiq tənzimləyicisi)
- Soyuq göstərən xarab soyuducu maye temperatur sensoru
- Tıxanmış hava filtri
- Yağın yanacaqla durulaşması
Nə hiss olunur?
- Check engine yanır
- Yanacaq sərfinin artması
- İşlənmiş qazdan qara tüstü və yanacaq iyi
- Boş rejimdə qeyri-sabit işləmə
- Şamların qaralması
Maşını sürmək olarmı?
Qısa müddət sürmək olar, amma gecikdirməyin. Zəngin qarışıq katalizatoru və şamları korlayır, yanacaq yağa qarışarsa, yağın yağlama xüsusiyyətini pisləşdirir. Maşın silkələnirsə, işıq yanıb-sönürsə və ya yanacaq iyi güclüdürsə, sürməyi dayandırın.
AzonAuto-da səbəbi necə tapırıq
Zəngin qarışığın bir neçə səbəbi var, onlar bir-birindən ölçməklə ayrılır. AzonAuto-da kompüter diaqnostikası ilə düzəlişlərə, DMRV və soyuducu maye temperatur sensorunun göstəricisinə baxırıq. Farsunkanın sızmasından şübhə olarsa, farsunka təmiri tərəfində onu yoxlayırıq. Detalı ölçmədən dəyişmirik.
Farsunka təmiri: WhatsApp-a yazın və ya zəng edin
Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı). B.e – Ş. 09:00–19:00.
P0172 haqqında tez-tez verilən suallar
Yox. Farsunka səbəblərdən yalnız biridir. Əvvəlcə DMRV, yanacaq təzyiqi və temperatur sensorunun göstəricisi yoxlanmalıdır.
Əlaqəli kodlar
Bununla bağlı xidmətlər
- Farsunka təmiriFarsunka təmiri və stenddə yoxlanması
- Avtomobil diaqnostikasıAvtomobil diaqnostikası: paneldə hansı işıq yanır, səbəb haradadır
Bütün xidmətlər: Bakıda avto servis xidmətlərinin tam siyahısı