# Çin avtomobillərinin təmiri: Changan, BYD, Haval, Chery, Geely

> AzonAuto Bakıda Çin avtomobillərini (Changan, BYD, Haval, Chery, Geely, JAC) təmir edir. Bu markalara uyğun diaqnostika proqramları var, beyin və modul təmiri, proqram yazılması, karobka yağı dəyişimi və avto elektrik işləri bir yerdə görülür. AzonAuto karobkanın mexaniki təmiri və yüksək gərginlikli batareya işləri ilə məşğul olmur. Kompüter diaqnostikası 20 AZN-dir və təmiri bizdə etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.

URL: https://www.azonauto.az/cin-avtomobilleri-temiri
Son yenilənmə: 2026-09-26

Changan, BYD, Haval, Chery, Geely və JAC Bakı yollarında hər ay çoxalır, amma bu markalar üçün diaqnostika proqramı hər servisdə olmur. Bizdə bu proqramlar da var, Çin avtomobillərinin beynini və modullarını təmir etmək təcrübəsi də.
Çin avtomobilində elektronika çoxdur, sxem və sənəd isə az yayılıb. Ona görə burada ən vacibi ustanın təcrübəsi və düzgün avadanlıqdır.

## Əlamətlər

- Paneldə xəta işıqları yanır, başqa servis modullarla əlaqə qura bilmir
- Multimedia, kamera və ya sensorlar gah işləyir, gah işləmir
- Robot və ya avtomat karobka xəta verir, yağ dəyişimi vaxtı çatıb
- Diler zəmanəti bitib və ya dilerdə həftələrlə növbə gözləmək lazımdır
- Hibrid (DM-i, PHEV) sistemində xəbərdarlıq var
- Qəzadan sonra modulları kodlaşdırmaq lazımdır

## Hansı Çin markalarına və modellərinə baxırsınız?

Changan (CS35 Plus, CS55 Plus, CS75 Plus, UNI-T, UNI-K, UNI-V, Alsvin, Eado), BYD (Song Plus, Qin Plus, Han, Tang, Yuan Plus, Seal, Dolphin, Destroyer 05), Haval (Jolion, H6, Dargo, F7), Chery (Tiggo 4, 7, 8, Arrizo), Geely (Coolray, Atlas, Monjaro, Emgrand, Tugella), JAC, Deepal, Li Auto və digər Çin markalarına baxırıq. Benzin, hibrid (DM-i, PHEV) və elektrik modelləri ilə işləyirik. Elektrik modellərində yüksək gərginlikli batareyanı təmir etmirik və bunu əvvəlcədən deyirik.

## Çin avtomobillərinin kompüter diaqnostikası

Universal diaqnostika cihazlarının çoxu Çin markalarının bütün modullarını görmür. Nəticədə «xəta yoxdur» deyilir, işıq isə yanır. Biz bu markalar üçün uyğun proqram təminatı və protokol dəstəyi olan avadanlıqla işləyirik. Mühərrik, karobka, ABS, airbag, kuza modulu (BCM), Gateway, hibrid sistem və multimedia modullarını oxuyur, canlı məlumatları təhlil edirik. Qiyməti diaqnostika səbəbi göstərəndən sonra deyirik.

## Beyin, modul təmiri və proqram

AzonAuto-da Çin avtomobillərinin, o cümlədən Changan, BYD, Haval və Geely-nin beyinlərini Orxan usta təmir edir: mühərrik beynini, karobka beynini (TCM), BCM və Gateway modullarını. Yeni və ya işlənmiş modulu avtomobilə uyğunlaşdırmaq (kodlaşdırma, VIN yazılması), immobilayzer və açar problemləri, qəzadan sonra modulların bərpası da onun işidir.
Proqram tərəfində multimedianın və panelin dilini dəyişmək, naviqasiya və proqram yeniləmələri, bəzi modellərdə isə funksiyaları aktivləşdirmək mümkündür. Hər modeldə nəyin mümkün olduğu fərqlidir. Marka, model və ili yazın, konkret cavab verək.

## Karobka, yağ və mexanika

Changan, Geely və Haval-ın robot (DCT) və avtomat karobkalarının, BYD-nin DM-i hibridlərindəki EHS blokunun hər birinin öz yağı və dəyişmə intervalı var. Ən çox soruşduğunuz suallardan biri də BYD karobka yağıdır. Karobka yağı dəyişimində yağı VIN və karobka kodu ilə seçir, karobka tələb edirsə, dəyişimdən sonra adaptasiyanı sıfırlayırıq. Mühərrik, əyləc, soyutma və yanacaq sistemi işlərini də görürük. Karobkanın mexaniki təmirini isə etmirik, asqını yalnız yoxlayırıq. Ehtiyat hissələrini sifarişlə gətiririk.

## Elektrik və tez-tez rast gəlinən nasazlıqlar

Çin avtomobillərində elektrik şikayətlərinin çoxu bunlardır: kamera və park sensorlarının itməsi, multimedianın donması, mərkəzi kilid problemləri, su görmüş konnektorlar, düzgün qoşulmamış əlavə avadanlıq (siqnalizasiya, videoqeydiyyatçı). Belə hallarda konnektorları ardıcıl yoxlayır, kütlə nöqtələrinə baxır və modulları düzgün kodlaşdırırıq. Yanaşmamızı avto elektrik ustası səhifəsində ətraflı yazmışıq.

## İş prosesi

Diaqnostika edib səbəbi tapırıq və qiyməti sizinlə razılaşdırırıq. Sonra təmir və ya proqram işini görür, maşını yoxlayıb təhvil veririk. WhatsApp-a yazanda marka, model, il və şikayəti qeyd edin. Maşın hibrid və ya elektrikdirsə, bunu da yazın.

## Qiymət

Kompüter diaqnostikası 20 AZN-dir. Təmiri AzonAuto-da etdirsəniz, bu məbləğ təmirin qiymətinə daxil edilir.

Zəmanət: Görülən təmirə zəmanət verilir.

## Görülən işlərdən

- [JAC: sıradan çıxmış farsunka klapanları orijinal Delphi hissələri ilə dəyişildi](https://www.azonauto.az/islerimiz#jac-farsunka-klapanlari): Mühərrik stabilləşdi, yanacaq püskürməsi normaya qayıtdı.

Bütün görülən işlər (19): https://www.azonauto.az/islerimiz

## İşlərimizdən videolar

- [JAC: farsunka klapanları Delphi hissələri ilə dəyişildi](https://www.instagram.com/reel/DTBC0ZdAItp/) (2026-01-02): Sökülmüş dizel farsunka iş masasında: klapan hissəsi dəyişilir, sonra farsunka stendə qoyulur.
- [Changan A05: mühərrik yağı və filtrlərin dəyişilməsi](https://www.instagram.com/reel/DUBY6Askh3f/) (2026-01-27): Changan A05 qaldırıcıda: yağ filtri və hava filtri dəyişilir.

## Tez-tez verilən suallar

### Changan və BYD-yə dilerdən başqa yerdə baxdırmaq olar?

Bəli. Zəmanət müddətində zəmanətli işləri dilerdə etdirmək məntiqlidir. Qalan işləri, xüsusilə zəmanət bitəndən sonra, düzgün avadanlığı olan servisdə etdirmək olar. Diaqnostika və modul işləri üçün lazımi proqram təminatı bizdə var.

### Çin avtomobilinin beyni təmir olunur?

Bəli. Changan, BYD, Haval, Geely və digər markaların mühərrik, karobka, BCM və Gateway modullarını beyin ustamız təmir edir və kodlaşdırır. Ətraflısı beyin təmiri səhifəsindədir.

### Multimedianın dilini dəyişmək olar?

Bir çox modeldə olar, bəzilərində isə imkan məhduddur. Marka, model və ili yazın, konkret deyək. Mümkün olmayan işə söz vermirik.

### BYD karobka yağı nə vaxt dəyişilir?

Modeldən asılıdır. DM-i hibridlərdə EHS blokunun yağı, köhnə benzin modellərdə DCT yağı dəyişilir. İntervalı avtomobilin servis kitabçası müəyyən edir, yağı isə VIN və karobka kodu ilə seçirik.

### Elektrik BYD və ya Changan-ın batareyasına baxırsınız?

Xeyr, yüksək gərginlikli batareyanı təmir etmirik. Diaqnostika, beyin və modullar, karobka beyni və karobka yağı, avto elektrik, mühərrik və əyləc işlərini isə görürük.

## Əlaqə

- Ünvan: Əliağa Şıxlinski 112, Bakı (Koroğlu metrosu yaxınlığı)
- Telefon: +994703386277, +994502106780, +994503386277, +994553386277
- WhatsApp: https://wa.me/994703386277
- İş saatları: B.e – Ş. 09:00–19:00
- Xəritə: https://maps.app.goo.gl/GCCsthVBc7WRQf8i8

